Bank Of Baku

Rusiya parlamenti Xəzərin bioloji resurslarının qorunması ilə bağlı razılaşmanı ratifikasiya edib

Rusiya parlamenti Xəzərin bioloji resurslarının qorunması ilə bağlı razılaşmanı ratifikasiya edib
# 10 noyabr 2015 11:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Dövlət Duması Xəzər dənizinin bioloji resurslarının qorunması və rasional istifadəsi haqqında razılaşmanı ratifikasiya edib.

 

APA-nın Rusiyanın “Parlament qəzeti”nə istinadən verdiyi məlumata görə, razılaşmanın məqsədlərinə çatmaq üçün su bioloji resurslarının qorunması, rasional istifadəsi və birgə istifadəsi barədə Komissiya yaradılacaq.

 

Komissiya əsasən su resurslarının birgə qorunması, təkrar istehsalı və rasional istifadəsi ilə bağlı addımları koordinasiya etməli, illik kvotaları müəyyənləşdirməlidir.

 

Bundan başqa komissiya ümumi su resurslarından milli kvotanın müəyyənləşdirilməsi meyarlarını, nərə balığı və onun məhsulları ilə bağlı ixrac həcmini təyin edəcək.

 

Komissiyanın rəyasət heyətində Xəzər dənizi ölkələrinin rotasiyasını müəyyən etmək üçün katiblik yaradılacaq.

 

Qeyd edək ki, razılaşma ötən il sentyabrın 29-da Həştərxan şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələrinin iştirakı ilə imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR