Bank Of Baku

Rusiya Federasiya Şurasının üzvü: “Sankt-Peterburq təsadüfən seçilməyib”

Rusiya Federasiya Şurasının üzvü: “Sankt-Peterburq təsadüfən seçilməyib”
# 03 aprel 2017 15:44 (UTC +04:00)

”Partlayış yeri kimi Sankt-Peterburq şəhəri təsadüfən seçilməyib. Rusiya prezidenti hazırda bu şəhərdədir”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Viktor Ozerov bildirib. O deyib ki, V. Putinin iştirakı ilə şəhərdə Ümumrusiya Xalq Cəbhəsi təşkilatının mediaforumu keçiriləcək: “Şəhərdə çoxlu jurnalistlər var. Ona görə də, hesab edirəm ki, partlayışın yeri kimi Peterburq təsadüfi seçilməyib”.  
 
V. Ozerov müvafiq orqanların təhlükəsizlik tədbirləri ilə bağlı öz işlərini yetərincə görmədiklərini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR