Bank Of Baku

Rusiyada ağır yol qəzası nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb - YENİLƏNİB

Rusiyada ağır yol qəzası nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 16 noyabr 2017 20:35 (UTC +04:00)

Rusiya Federasiyası Mariy El Respublikasında «Mercedes-Benz Sprinter» markalı  mikroavtobusun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, 14 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.

 

Polisin ilkin versiyasına əsasən,  Yoşkar Ola-Kozmodemyansk yolunun 64-cü km-də baş verən qəzaya səbəb sürücünün təhlükəli manevr etməsi olub.  

 

***** 22.29

 

Rusiya Federasiyası Mariy El Respublikasında mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 12 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Yoşkar Ola-Kozmodemyansk” yolunun 64-cü km-də baş verən qəza nəticəsində daha 6 nəfər xəsarət alıb.  

 

Avtobusda 21 nəfərin olduğu bildirilir.  

 

Bölgə rəhbəri hadisə yerinə gedib.  

 

Qarlı hava şəraitinin pisləşməsinin hadisəyə səbəb olduğu ehtimal edilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR