Bank Of Baku

Rusiyada daşqın nəticəsində 4 minə yaxın evi su basıb

Rusiyada daşqın nəticəsində 4 minə yaxın evi su basıb
# 05 sentyabr 2016 03:54 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Primorsk diyarında daşqın nəticəsində  3 600-dan çox evi su basıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, son sutka ərzində daha 400 yaşayış evi su altında qalıb.

 

Primorsk diyarında ümumilikdə 221 kilometr avtomobil  yolu sıradan çıxıb. Zərərçəkmiş  ərazilərdən 800-dən çox sakin təxliyə edilib. Təbii fəlakətdən əziyyət çəkənlərə humanitar yardım edilib.

 

Qeyd edək ki, “Layonrok” qasırğası nəticəsində Primorsk diyarına üç aylıq norma səviyyəsində yağıntı düşüb.  Təbii fəlakətlə əlaqədar Primorsk diyarında  federal səviyyəli fövqəladə vəziyyət  rejimi tətbiq edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR