Rusiyanın Rostov şəhərində məktəblərin birinin yaxınlığında partlayış baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hədisə nəticəsində bir nəfər xəsarət alıb.
Məktəb yaxınlığındakı ərazini təmizləyən süpürgəçi yerdən tapdığı şübhəli əşyanı açıb. Partlayış nəticəsində onun barmaqları qopub və qarın nahiyəsindən xəsarət alıb. Məktəbdə tədris dayandırılıb, şagirdlər binaya buraxılmır.
Hüquq-mühafizə orqanları ərazini əhatəyə alıb, hadisə yerinə müstəntqlər və kriminalistlər cəlb olunub.