Bank Of Baku

Rusiyada müəssisədə partlayış baş verib, ölən və yaralananlar var

Rusiyada müəssisədə partlayış baş verib, ölən və yaralananlar var
# 03 aprel 2017 01:16 (UTC +04:00)

Rusiyanın Verxniy Taqil şəhərində (Sverdlovsk vilayəti) yerləşən müəssisənin qurğuşun əritmə sexində partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra əmələ gələn yanğın nəticəsində 1 fəhlə ölüb, 3-ü xəsarət alıb. Yanğın 60 kvadratmetr sahəni əhatə edib.

 

Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.  İlkin məlumata əsasən, onların 3-də miqrantdır.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR