Bank Of Baku

Rusiyada yaşayış evində yanğın olub, ölənlər var

Rusiyada yaşayış evində yanğın olub, ölənlər var
# 10 aprel 2017 04:03 (UTC +04:00)

Rusiyanın İrkutsk vilayətində fərdi evdə yanğın baş verib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Nijneudinsk rayonunda qeydə alınıb.

 

Yanğın zamanı 4 nəfər  ölüb. Alov söndürüldükdən sonra ikimənzilli yaşayış evində iki kişi və iki qadının meyiti aşkarlanıb.

 

Daha iki nəfəri,  69 yaşlı qadını və 47 yaşlı əlil kişini qonşular yanğınsöndürənlər gələnədək xilas edə bilib.

 

İlkin ehtimala görə, yanğına odla ehtiyatsız davranma səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR