Bakı-APA. Rusiyanın Kuril adaları yaxınlığında 4 bal gücündə zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İturup adalarından 94 km cənub-qərbdə, ocağı isə 50 km dərinlikdə yerləşib.
Yaşayış məntəqələrində zəlzələ hiss olunmayıb.