Rusiyanın Krasnoyarsk şəhər morqunda qadın meyiti itib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 2016-cı il dekabrın 6-da morqa 88 yaşlı qadının meyiti gətirilib. Ertəsi gün müvafiq ekspertizalardan sonra meyit soyuducu kameraya aparılıb. Ölən qadının yaxınları 1 həftə sonra meyiti aparmaq üçün morqa müraciət ediblər. Lakin meyit tapılmayıb.
Məsələ ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb. İstintaq meyitin bilmədən basdırılması və ya oğurlanması versiyalarını nəzərdən keçirir.