Bank Of Baku

Rusiyanın İrkutsk şəhərində müştəri kafedə qumbara partladıb: 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb

Rusiyanın İrkutsk şəhərində müştəri kafedə qumbara partladıb: 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb
# 31 mart 2013 05:43 (UTC +04:00)

Bakı-APA. Rusiyanın İrkutsk vilayətinin Novaya İqirma qəsəbəsində qumbaranın partlaması nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb.  

 

Partlayış yerli vaxtla saat 4.45-də baş verib. Kafenin müştəriləri arasında münaqişə baş verib. Münaqişə iştirakçılarından biri qumbara çıxarıb onu işə salıb. Partlayış nəticəsində 32 yaşlı partlayışı törədən yerli sakin hadisə yerində ölüb, daha bir nəfər xəstəxanaya aparılarkən yolda keçinib.

 

 Fakt üzrə araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR