Bank Of Baku

Rusiyanın şərqində üç zəlzələ baş verib

Rusiyanın şərqində üç zəlzələ baş verib
# 10 iyun 2014 02:07 (UTC +04:00)

APA-nın “Saxalin Mediya” saytına  istinadən verdiyi məlumata görə, 5 bal gücündə olan ilk təkanlar iyunun 9-da, yerli vaxtla 15:33-də, 10 km dərinlikdə qeydə alınıb. Növbəti, 4,1 bal gücündə olan zəlzələ yerli vaxtla saat 19:12-də, 90 km dərinlikdə olub.

 

Yerli vaxtla saat 02:51-da isə Oxotsk dənizinin akvatoriyasında, Kurilskdən 101 km qərbdə, üçüncü zəlzələ baş verib. Zəlzələnin episentri 210 km dərinlikdə yerləşib.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən,  yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb. Dağıntı və tələfat qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR