Bank Of Baku

Rusiyanın Ukraynadakı səfiri yenidən Kiyevə qayıdır

Rusiyanın Ukraynadakı səfiri yenidən Kiyevə qayıdır
# 05 iyun 2014 15:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov yenidən Kiyevə qayıdır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi brifinqdə deyib. O bildirib ki, M. Zurabov Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimində iştirak edəcək: “Ümid edirik ki, Ukrayna tərəfi bunu müsbət siqnal kimi qəbul edəcək. Rusiya Ukrayna seçicilərinin seçiminə hörmətlə yanaşır”.

 

Qeyd edək ki, səfir Mixail Zurabov bu ilin fevralında Ukraynada vəziyyətin gərginləşməsindən və Viktor Yanukoviçin Kiyevi tərk etməsindən sonra geri çağırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR