Bank Of Baku

Sankt-Peterburqda 21 yaşlı azərbaycanlı qız intihar edib

Sankt-Peterburqda 21 yaşlı azərbaycanlı qız intihar edib
# 04 iyun 2014 21:08 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə iyunun 3-də, günorta saatlarında baş verib.

 

21 yaşlı adı açıqlanmayan azərbaycanlı qız Sankt-Peterburqun Kalininski rayonun Prosveşeniya prospekti, 99 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü yerə atıb. O, yerindəcə keçinib.

 

Araşdırmalar zamanı azərbaycanlı qızın Moskva sakini olduğu məlum olub. Onun Sankt-Peterburqda yaşayan nişanlısının evinə qonaq gəldiyi bildirilib. İntihar edən qızın adı açıqlanmayan nişanlısının 27 yaşlı azərbaycanlı olduğu da məlum olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR