Bank Of Baku

Sankt-Peterburqda etiraz aksiyası zamanı 131 nəfər saxlanılıb

Sankt-Peterburqda etiraz aksiyası zamanı 131 nəfər saxlanılıb
# 26 mart 2017 20:49 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən etiraz aksiyası samanı 131 nəfər saxlanılıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə,  icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 131 nəfər saxlanılıb və polis idarəsinə aparılıb.

 

Məlumata görə, müxalifətin təşkil etdiyi aksiyada 3 minədək insan iştirak edib.

 

Qeyd edək ki, bu gün Moskvada müxalif  “Tərəqqi” partiyasının  üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər. Nəticədə 500 etirazçı saxlanılıb, 1 polis əməkdaşının yaralandığı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR