Bakı – APA. Sankt-Peterburqda naməlum şəxslər inkassator maşınından 150 mln. rubl (4 545 454 dollar) pul oğurlayıblar.
APA-nın Fontanka.ru-ya istinadən xəbərinə görə, “Infiniti” markalı iki avtomobillə maşının qarşısını kəsən avtomatlı şəxslər təhdid yolu ilə “Otkrıtie” bankına məxsus vəsaiti götürərək qaçıblar.
Hadisə nəticəsində zərərçəkən olmayıb. Polis qarətçiləri tapmaq üçün əməliyyata başlayıb.