Bank Of Baku

Sarkisyanın andiçmə mərasimi apreldə keçiriləcək

Sarkisyanın andiçmə mərasimi apreldə keçiriləcək
# 27 fevral 2013 15:24 (UTC +04:00)

 

Bakı. Şamil Əlibəyli – APA. Aprelin 9-da Ermənistan prezidenti Serj Sarkisyanın inauqurasiya mərasimi keçiriləcək. APA-nın “Arminfo” saytına istinadən verdiyi məlumata görə, bu barədə parlamentin spikeri Ovik Abramyan bildirib. O deyib ki, həmin gün Ermənistan hökuməti tam tərkibdə istefaya gedəcək. Konstitusiyaya əsasən prezident bir ay ərzində yeni hökumətin tərkibini müəyyən etməlidir.

 

Xatırladaq ki, S. Sarkisyan fevralın 18-də keçirilən seçkilərin rəsmi nəticələrinə əsasən 58.64% səs toplayaraq yenidən prezident seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR