Bank Of Baku

Sergey Lavrov: “Almaniya Rusiya-Avropa münasibətlərində konstruktiv rol oynamağı dayandırsa, Qərb əziyyət çəkəcək"

Sergey Lavrov: “Almaniya Rusiya-Avropa münasibətlərində konstruktiv rol oynamağı dayandırsa, Qərb əziyyət çəkəcək"
# 09 dekabr 2014 13:15 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Əgər Almaniya Rusiya-Avropa münasibətlərində konstruktiv rol oynamağı dayandırsa, Qərb bundan əziyyət çəkəcək”.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

 

"Biz almaniyalı həmkarlarımızın davranışından necə narahat olduğumuzu ifadə edə bilmirik. Almaniya həmişə Avropa İttifaqı- Rusiya münasibətlərində çox konstruktiv bir mövqe nümayiş etdirib. Əgər Almaniya sifarişlərə uyğun hərəkət etməyə qərar verərsə, bundan nə Avropa, nə Almaniya qazanmayacaq”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, son vaxtlar Almaniya ilə Rusiya arasındakı münasibətlər gərginləşib. Almaniya kansleri Angela Merkel Rusiyanı Avropa İttifaqı ilə sıx əməkdaşlıq edən ölkələrin daxili işlərinə qarışmaqda günahlandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR