Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında Almatı şəhərində keçirilən dünənki görüşdə İran tərəfi önəmli olan bütün məsələlər haqqında geniş danışdı”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O bildirib ki, İran nümayəndə heyəti “altılıq” ölkələrinin təkliflərinə çox əhatəli cavab verib: “Amma hələ də tərəflər arasında nəzərə alınacaq qədər fikir ayrılığı var. İranlılar bizim üçün önəmli və dəyərli olan bütün mövzulara toxundular. Bununla belə, məsələlər daha da şəffaflaşdırılmalıdır”.