Bakı-APA. Tula yaxınlığında qəzaya uğrayan “Moskva-İrəvan” avtobusunun sürücüsü 2 ay müddətinə həbs edilib. Son məlumata görə, qəza nəticəsində 8 Ermənistan vətəndaşı ölüb, 46-sı isə xəsarət alıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə bölgənin DİN nümayəndəsi bildirib. Məlumata görə, Qarnik Arutyunyan hələlik şübhəli şəxs qismində istintaqa cəlb edilib. Onun 7 ilədək həbs cəzasına məhkum ediləcəyi gözlənilir.
Polisin məlumatına görə, Arutyunyan bu ilin iyununda Moskvada ciddi nasazlıqların olduğu halda nəqliyyat vasitəsini (“Higer” markalı avtobus) idarə etdiyinə görə məsuliyyətə cəlb olunub.