APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin Antiterror əməliyyatın komandanlığının prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinova təqdim etdiyi hesabatına istinadən yaydığı məlumatında bildirilir.
“Bu gen antiterror əməliyyatı zamanı Donetsk vilayətinin şimal hissəsi terrorçulardan tamamilə təmizlənib, bölgədə separatçıların postları və hərbi düşərgələri dağıdılıb, Semenovka qəsəbəsində yerləşən əsas mövqeləri tutulub və Krasnıy Liman şəhəri nəzarətə alınıb”, deyə açıqlamada bildirilir. .
Bundan başqa hərbçilər Luqansk vilayətinin şimal və şərqindəki sərhədlərini də tam nəzarətə götürüb.
Turçinovun sözlərinə gör, ötən gün terrorçuların çoxlu sayda dəstələri darmadağın edilib. Onun sözlərinə görə, bu, yaxın gələcəkdə mərkəzi Donbasın da terrorçulardan təmizlənməsini mümkün edir.