APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Slavyansk şəhəri yaxınlığında blokpostda mətbuat nümayəndələri ilə görüşən Turçinov deyib ki, sərhəd bağlanandan sonra Ukrayna ərazisinə yaraqlıların girişinə və onların silah təchizatına son qoyulacaq.
Qeyd edək ki, ötən həftə Dövlət sərhəd xidmətinin sədri Nikolay Litvin sərhədin gücləndirilməsi barədə niyyətlərinin olduğunu bildirmişdi.