Bank Of Baku

Ukrayna parlamentinin separatçı deputatı toxunulmazlıqdan məhrum edilib, həbsinə razılıq verilib - FOTO

Ukrayna parlamentinin separatçı deputatı toxunulmazlıqdan məhrum edilib, həbsinə razılıq verilib - <span style="color: red;">FOTO
# 03 iyun 2014 10:28 (UTC +04:00)

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, Oleq Tsaryovun toxunulmazlıq statusunun ləğvinə və cinayət məsuliyyətinə cəlb olunmasına 235 deputat səs verib. Onun haqqında həbs qətimkan tədbirinin seçilməsini isə minimal sayda - 226 deputat dəstəkləyib. (Xatırladaq ki, Ali Radada qərarların qəbul olunması üçün minimum 226 səs tələb olunur). 

 

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu O. Tsaryovun cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün parlamentə müraciət etmişdi. O. Tsaryovun hazırda harada olduğu bəlli deyil. O, ölkənin şərqindəki separatçılara açıq dəstək verir və tez-tez Moskvaya səfərlər edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR