Bank Of Baku

Ukrayna prezidenti: “Qanunsuz silahlı dəstələrin tərksilah olması üçün atəşi birtərəfli qaydada dayandıracağıq”

Ukrayna prezidenti: “Qanunsuz silahlı dəstələrin tərksilah olması üçün atəşi birtərəfli qaydada dayandıracağıq”
# 18 iyun 2014 10:32 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Petro Poroşenko deyib. O bildirib ki, planın həyata keçirilməsi onun birtərəfli qaydada atəşi dayandırmaq barədə əmrindən sonra başlayacaq: “Bundan dərhal sonra Donbassdakı hadisələrin bütün iştirakçıları prezidentin sülh planına dəstək verməlidir. Çox tez bir müddətdə!”

 

P. Poroşenko atəşkəsin çox qısa müddət üçün nəzərdə tutulduğunu vurğulayaraq bəyan edib ki, bu müddətdə qanunsuz silahlı dəstələr tərksilah olmalı və bölgədə qayda-qanun yaranmalıdır.

 

Qeyd edək ki, tərksilah baş verməsə, Ukrayna rəhbərliyinin antiterror əməliyyatını daha sərt şəkildə bərpa edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR