Bakı – APA. Bu gecə Ukrayna Prezidenti Administrasiyasını binasının giriş qapılarından birində partlayıcı qurğu aşkarlanıb.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, partlayıcı qurğu bir neçə F-1 və RQD tipli qumbaradan, əlavə məhvetmə elementlərindən və mobil telefondan ibarət olub.
Partlayıcını giriş qapısına yerləşdirən şəxsi Dövlət Mühafizə İdarəsinin naryadı aşkar edib. O, partlayıcını döyüş hazırlığı vəziyyətinə gətirməyə imkan tapmayaraq hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.