APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu P. Klimkin ATƏT-in Nazirlər Şurasının iclasında deyib.
1994-cü ildə Budapeştdə imzalanan memorandumu xatırladan diplomat qeyd edib ki, həmin sənəd nüvə silahının yayılması müqaviləsinə qoşulması müqabilində Ukraynaya təhlükəsizlik təminatı verməli idi.
“Lakin bu sənədə etimad bu il onu imzalayan dövlətlərdən biri, konkret olaraq Rusiya tərəfindən darmadağın edilib. Rusiyanın Ukraynaya qarşı təcavüzü Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin qanunsuz işğalına gətirib çıxarıb. Bu, Ukraynanın ərazi bütövlüyünü pozmaqla yanaşı Avropanın təhlükəsizlik sisteminə zərbə vurub və gələcəkdə vurmaqda davam edəcək”.