Bank Of Baku

GUAM ölkələri hökumət başçılarının sammiti keçirilir

GUAM ölkələri hökumət başçılarının sammiti keçirilir
# 27 mart 2017 10:14 (UTC +04:00)

Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) hökumət başçıları səviyyəsində sammiti keçirilir.

 

APA-nın Ukrayna hökumətinin saytına istinadən verdiyi məlumata görə, toplantıda Ukraynanın baş naziri Vladimir Qroysman, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Moldovanın baş naziri Pavel Filip və Azərbaycan baş nazirinin müavini İsmət Abasov iştirak edir.


İclasın yekununda rəsmi sənədlərin imzalanması gözlənilir. Sonra V. Qroysman, G. Kvirikaşvili, P. Filip və İ. Abasov birgə brifinq keçirəcəklər.

 

Sammit çərçivəsində “GUAM - azad ticarət və tranzit zonası” mövzusunda biznes forum da təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR