Bank Of Baku

Ukraynalı deputat Putindən Ukraynaya rus ordusunu yeritməyi xahiş edib

Ukraynalı deputat Putindən Ukraynaya rus ordusunu yeritməyi xahiş edib
# 02 dekabr 2013 08:35 (UTC +04:00)

APA-nın “ForPost”a istinadən xəbərinə görə, bu xahişlə o, Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

 

Müraciətdə qeyd olunur ki, hazırda Ukraynada Qərb xüsusi xidmət orqanları və onların casusları tərəfindən qanuni hakimiyyətin devrilməsi təşəbbüsü həyata keçirilir: “Ölkənin suverenliyinin, Krımın rus əhalisinin və Ukraynanın digər regionlarının qorunması üçün hərbi və digər yardımlar etməyinizi xahiş edirəm. ABŞ və NATO təcavüzkarlarından qorunmağımız məqsədilə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeridilməsini Ukrayna hökuməti ilə razılaşdırın”.

 

Qeyd edək ki, Sergey Smolyaninov Ukraynanın hakim Regionlar Partiyasının deputatıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR