Bank Of Baku

Ukraynanın baş naziri: “Avropa Birliyi ilə assosiasiya sazişi 2014-cü ilin əvvəllərində imzalana bilər”

Ukraynanın baş naziri: “Avropa Birliyi ilə assosiasiya sazişi 2014-cü ilin əvvəllərində imzalana bilər”
# 25 noyabr 2013 07:15 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən yaydığı xəbərə görə, N. Azarov Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin də bu cür bəyanat verdiyini xatırladaraq bildirib ki, müxalifətdən fərqli olaraq, Avropada Ukrayna hökumətinin avrointeqrasiyanı dayandırmaq qərarı faciə kimi qarşılanmayıb: “Bizim müxalifət sabitliyi pozmaq üçün hər cür bəhanədən istifadə edir. Avropa Birliyi bizim iqtisadi durumumuzu çox gözəl başa düşür. Fülenin bəyanatı onu göstərir ki, sağlam düşüncə var və biz düzgün qərar qəbul etmişik. Biz problemlərimizi həll edib, daha sonra assosiasiya sazişini imzalamalıyıq”. 

 

Xatırladaq ki, Ukraynada avrointeqrasiya tərəfdarlarının kütləvi aksiyaları başlayıb. Noyabrın 24-də paytaxt Kiyevdə keçirilən kütləvi tədbirlərdə on minlərlə insan iştirak edib. Müxalifət müddətsiz aksiyalar keçirəcəyini bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR