Bank Of Baku

Ukraynanın baş naziri: AB ilə sazişə dair qərar taktikidir və Ukraynanın strateji kursunu dəyişmir

Ukraynanın baş naziri: AB ilə sazişə dair qərar taktikidir və Ukraynanın strateji kursunu dəyişmir
# 27 noyabr 2013 04:46 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Nikolay Azarov Avropa Biznes Assosiasiyasının toplantısında çıxışı zamanı deyib.  

 

“Mənim Facebook sosial şəbəkəsindəki səhifəmə son günlər qərarımızı dəstəkləyən çoxlu məktublar daxil olub. İnsanlar yazırlar: Siz çox müdrik, çətin və düzgün qərar verdiniz və biz sizi dəstəkləyirik”, deyə o qeyd edib.    

 

Hökumət başçısı Avropa Birliyi ilə assosiasiya haqqında sazişin imzalanmasına hazırlıq prosesinin dayandırılmasına dair qərarı taktiki adlandıraraq qeyd edib ki, avrointeqrasiyaya yönəlmiş Ukraynanın strateji kursu dəyişməz olaraq qalmaqdadır.

 

“Yaranmış vəziyyətdə bu yeganə doğru çıxış yolu idi. Bu çox çətin, lakin taktiki qərardır və Ukraynanın avrointeqrasiyaya yönəlmiş strateji kursunu dəyişmir”, deyə Azarov vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR