Ukraynanın şərqində separatçıların daha bir komandiri məhv edilib

Ukraynanın şərqində separatçıların daha bir komandiri məhv edilib
# 07 mart 2017 21:08 (UTC +04:00)

Ukraynanın Luqansk vilayətində separatçı qüvvələrin “Plastun” ləqəbli komandiri məhv edilib.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı məsələlər üzrə nazir müavini Georgi Tuka məlumatı təsdiqləyib.

Məlumata görə, öldürülən şəxs Ukraynanın qondarma “Luqansk Xalq Respublikası” separatçı regionu ərazisində silahlı dəstəyə rəhbərlik edib. Onun 2014-cü ildə Luqans vilayətinin Xryaşevatoye qəsəbəsində yaralandığı bildirilir.

“Plastun”un ölümünü sosial şəbəkələrdə digər separatçılar da təsdiqləyib.

Qətlin təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR