Bank Of Baku

Ukraynanın Vinnitsa şəhərində iğtişaşlar zamanı 6 etirazçı və 8 milis əməkdaşı xəsarət alıb

Ukraynanın Vinnitsa şəhərində iğtişaşlar zamanı 6 etirazçı və 8 milis əməkdaşı xəsarət alıb
# 07 dekabr 2014 03:36 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, xəsarət alan asayiş keşikçilərindən üçü reanimasiya şöbəsinə yerləşdirilib.  

 

 

Qeyd edək ki, ötən gün Vinnitsada vilayət administrasiyasının və şurasının yerləşdiyi binada deputatlar növbədənkənar sessiya keçirməyi planlaşdırıblar. Sessiya zamanı namizədliyi  Maydan tərəfindən irəli sürülən vilayət şurasının sədri Sergey Svitkonun istefaya göndərilməsi gözlənilirdi. Lakin istefanın əleyhinə olan yüzlərlə etirazçı binaya hücum edərək onu ələ keçirib. Etirazçılar ölkə prezidenti Pyotr Poroşünkoya Vinnitsk vilayətinin rəhbəri Anatoli Oleynikin dərhal istefaya göndərilməsi tələb ilə müraciət ünvanlayıb.     

 

İğtişaşlarla bağlı cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR