Bakı-APA. Rusiya prezidenti Vladimir Putin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir.
Putin-Ərdoğan görüşü Sankt-Peterburqda Rusiya-Türkiyə yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində baş tutacaq. Ərdoğanın Rusiyaya işgüzar səfəri bu gün başlayacaq və sabah yekunlaşaq.