Bank Of Baku

Yetkinlik yaşına çatmayanlar üçün Rusiya ərazisinə giriş və çıxış qaydaları dəyişib

Yetkinlik yaşına çatmayanlar üçün Rusiya ərazisinə giriş və çıxış qaydaları dəyişib
# 26 dekabr 2025 22:26 (UTC +04:00)

2026-cı ildən etibarən yetkinlik yaşına çatmayanlar üçün Rusiya ərazisinə giriş və çıxış qaydaları dəyişib.

APA-nın Moskva bürosu Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bundan sonra Rusiya ərazisinə uşaqlar yalnız xarici pasportla daxil ola və ölkədən çıxa biləcəklər.

Nazirlikdən o da bildirilib ki, yetkinlik yaşına çatmayanların dövlət sərhədini keçməsi üçün yeni qaydalar 20 yanvar 2026-cı ildən qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR