Bank Of Baku

Zelenski: Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 11 fevral 2026 22:57 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırdır.

APA xəbər verir ki, Zelenski bunu ukraynalı jurnalistlərə deyib.

“Biz ABŞ-ın təkliflərini dəstəkləməyə hazırıq, Amerikanın, Avropanın, neytral ölkənin istənilən ərazisində, istənilən dövlətdə görüşə bilərik, Rusiya və Belarus istisna olmaqla. Bizim üçün fərqi yoxdur, Mayami olsun, ya Əbu-Dabi. Əsas odur ki, nəticə olsun”, – deyə Zelenski vurğulayıb.

“Mən bu müharibədə təcavüzkar olan ölkənin paytaxtı Moskvaya Putinlə danışıqlara gələ bilmərəm”, Zelenski əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR