Bank Of Baku

Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçilib

Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçilib
# 20 iyun 2008 12:19 (UTC +04:00)
Daha sonra səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurası İdarə Heyətinin KİV və ictimaiyyət nümayəndələrindən ibarət olan üzvlərinin adları açıqlanıb. KİV-dən Əflatun Amaşov, Elçin Şıxlı, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Vüsalə Mahirqızı, Mehman Əliyev, Umud Mirzəyev, Vüqar Rəhimzadə, Tapdıq Abbas, Aydın Quliyev (ehtiyat üzv) və Akif Aşırlı (ehtiyat üzv), ictimaiyyət nümayəndələrindən Vüqar Səfərli, Kamal Abdulla, Hacı Sabir Həsənli, Aqil Abbas, Müşfiq Ələsgərli, Cəmil Həsənli, Qafar Çaxmaqlı (ehtiyat üzv) və Qulu Məhərrəmli (ehtiyat üzv) MŞ üzvü seçiliblər. Bundan sonra qurultayda Əflatun Amaşov, Rəşad Məcid, Aqil Abbas və Umud Mirzəyevin Mətbuat Şurası sədrliyinə namizədlikləri irəli sürülüb. R. Məcid, A. Abbas, U. Mirzəyev namizədliklərini geri götürüblər. Ə. Amaşov 1 nəfər əleyhinə, 4 nəfər bitərəf qalmaqla, yenidən Mətbuat Şurasının sədri seçilib. Şura sədri ona etimad göstərənlərə minnətdarlığını bildirib və mətbuatın inkişafı üçün əlindən gələni edəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR