Azərbaycan mətbuat nümayəndələrinin jurnalistlərin V qurultayının qərarlarına münasibəti - YENİLƏNİB
Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliyin edilməsinin əleyhinə olan, qurultayda qurumun İdarə Heyətinin üzvü seçilmiş Qulu Məhərrəmli isə APA-ya bildirib ki, qurultay normal keçib: “Qurultay necə olmalı idisə, o cür də oldu, səssiz, normal, problemsiz... Qarşıya hansı məqsədi qoyulmuşdusa, o məqsədə də nail olundu”. Q. Məhərrəmli Mətbuat Şurası İdarə Heyətində fəaliyyət göstərəcəyini bildirib.
Mətbuat Şurası İdarə Heyətinin keçmiş üzvü, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli isə APA-ya indiyə kimi İdarə Heyətində cəmiyyətin bütün spektrinin təmsil olunduğunu, bu dəfə bu prinsipin pozulduğunu bildirib: “Əvvəlki İdarə Heyətində həm müxalifət, həm iqtidar yönlü, həm də müstəqil, mediada sözü olan şəxslər təmsil olunurdu. Ona görə də Mətbuat Şurasının nüfuzu vardı”. Y. Məmmədli əks fikir söyləyənlərin İdarə Heyətindən kənarda qalmalarının Mətbuat Şurasının nüfuzuna xələl gətirəcəyini vurğulayıb.
Qurultayda iştirak etməyən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Jurnalistlərin V Qurultayı Mətbuat Şurasının yaradılmasında iştirak edən insanların münasibətlərindəki çatları daha dərinləşdirdi: “Azərbaycanın müstəqil mediası bir neçə şəxsin çiyinləri üzərində durur. O şəxslər arasında münasibətlər bərpa olunması çətin olan səviyyədə daha da pisləşdi. Mən bunu heç arzu etmirdim”. Azərbaycanda yeni media strukturunun qurulması istiqamətində bir qədər əvvəl səsləndirdiyi təklifi yada salan baş redaktor deyib ki, bu yöndə bu gündən sonra fəaliyyətini daha da intensivləşdirəcək. Qurultayda iştirak etməməsinə gəlincə, R. Arifoğlu buna ehtiyac duymadığını bildirib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə Mətbuat Şurasına alternativ qurumun yaradılması ideyasının ciddi məsələ olmadığını deyib: “Bu ərəfədə Mətbuat Şurası güclənməlidir. Mətbuata dövlət dəstəyi haqqında konsepsiyanın qəbul ediləcəyi, şuraya bir sıra səlahiyyətlərin veriləcəyi gözlənilir. Bütün bunlar Mətbuat Şurasını daha da gücləndirəcək. Kimsə alternativ qurum yarada bilərsə, bu qurum xarici fondların dəstəyi ilə yaşasa da, uzunömürlü ola bilməz. Yaxşı olardı ki, Mətbuat Şurasının keçmiş İdarə Heyətinin üzvləri ümumi razılığa gəlib, yaranmış vəziyyətdən çıxış yolu tapaydı. Hər halda qurultay qərarlarını qəbul edib və hamı bunu qəbul etməlidir”.
R. Məcid qurultayda keçirilən səsvermə ilə bağlı səslənən iradları qəbul etmədiyini bildirib: “Hər şey səsvermənin nəticəsindən asılı oldu. Gizli səsvermə də olsaydı, nəticə dəyişməyəcəkdi. Qurultay iştirakçıları birmənalı olaraq Nizamnamə dəyişikliyinə tərəfdar idi”.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Diplomatik korpus Cıdır düzündə olub - FOTO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb
Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
Bayraktar: Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik bağlantısı layihəsi tətbiq mərhələsinə yaxınlaşır
Alparslan Bayraktar: Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir
Xalq artisti Şəfiqə Məmmədova: İttifaq daxilində bir çox çətinliklər və problemlər var
Türkiyənin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycandan Türkiyəyə və beynəlxalq bazarlara ixrac olunan neft-qazın həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub