BAMF jurnalistlər üçün media-soraqça hazırlayıb

BAMF jurnalistlər üçün media-soraqça hazırlayıb
# 23 iyun 2008 08:41 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) jurnalistlərə və media ilə əlaqə saxlayan digər qurumlara kömək məqsədi ilə media-soraqça hazırlayıb. BAMF-dən APA-ya daxil olan məlumata görə, 116 səhifədən ibarət media-soraqçaya 500 dövlət, qeyri-hökumət, beynəlxalq təşkilat, fond və kütləvi informasiya vasitəsi barədə məlumatlar daxil edilib.
Soraqçada, həmçinin Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi, yaşadığımız faciələr, rəsmi bayramlar, əlamətdar milli və beynəlxalq günlər barədə bilgi verilib.
İkinci dəfə nəşr edilən kitabçanın vaxtaşırı yenilənərək çap edilməsi nəzərdə tutulur.
Media-soraqça pulsuz yayılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR