Bank Of Baku

“The Washington Post” qəzetinin baş redaktoru tutduğu postdan gedəcəyini açıqlayıb

“The Washington Post” qəzetinin baş redaktoru tutduğu postdan gedəcəyini açıqlayıb
# 24 iyun 2008 09:57 (UTC +04:00)
Vaşinqton-APA. “The Washington Post” qəzetinin baş redaktoru Leonard Dauni tutduğu postdan gedəcəyini açıqlayıb. APA-nın məlumatına görə, Leonard Dauni 17 il “The Washington Post”un baş redaktoru olub. 1964-cü ildə qəzetdə işə başlayan Dauni tezliklə təhqiqatçı jurnalist kimi şöhrət tapıb və “Uoterqeyt işi” üzrə materialların böyük əksəriyyətinin redaktoru olub. 1979-cu ildə “London müxbiri” şərəfinə layiq görülən Leonard Dauni beş il sonra redaktor qismində Vaşinqtona qayıdıb. Bir müddət sonra aparıcı redaktor olan Dauni 1991-ci ildə Ben Bredlinin yerinə baş redaktor təyin olunub. Leonard Dauninin baş redaktoru olduğu dövrdə “The Washington Post” 25 dəfə Pulitser mükafatına layiq görülüb. Bu, hər hansı mətbu orqanının bir baş redaktor dövründə qazandığı mükafatların sayına görə rekord hesab olunur. Təkcə bu il “The Washington Post” altı Pulitser mükafatına layiq görülüb. Leonard Dauni baş redaktor postunu daha gənc şəxsə güzəştə getmək istədiyini bildirib. The Washington Post Co. şirkətində vitse-prezident postunu icra edəcək Dauni bundan sonra yazıçılıq və hüquqi jurnalistika ilə məşğul olmaq niyyətindədir. Hələlik “The Washington Post”a kimin baş redaktor təyin olunacağı məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR