Bank Of Baku

Azərbaycanda jurnalistlərin sosial-iqtisadi ehtiyaclarının öyrənilməsi ilə bağlı sorğu keçirilən sorğunun nəticələri açıqlanıb

Azərbaycanda jurnalistlərin sosial-iqtisadi ehtiyaclarının öyrənilməsi ilə bağlı sorğu keçirilən sorğunun nəticələri açıqlanıb
# 25 iyun 2008 10:01 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Mətbuat Şurası (MŞ) ilə jurnalistlərin sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi imkanlarını araşdırmaq məqsədilə KİV-də çalışanlar arasında keçirdiyi birgə rəy sorğusu başa çatıb. BAMF-dan APA-ya verilən məlumata görə, sorğu zamanı müraciət edilən 300 mətbuat nümayəndəsindən 215 nəfəri anketləri lazımı qaydada doldurub. Sorğuda KİV-də çalışan redaktorlar, məsul katiblər, şöbə müdirləri, köşə yazarları və müxbirlərlə yanaşı texniki işçilərin də (dizayner, yığıcı, kargüzar və sairə) rəyi öyrənilib. Respondentlərin 13,4 % çalışdığı KİV-in maliyyə vəziyyətinin yaxşı, 37,6% pis, 34,4 % isə orta qiymətləndirib. Rəyi soruşulanlar arasında ən az əməkhaqqı məbləği 40 manat (9 nəfər), ən çox əməkhaqqı məbləği isə 700 manat (bir nəfər) olub. Ümumilikdə isə sorğuda iştirak edən KİV işçilərinin orta aylıq əmək haqları 181 manat təşkil edir. Media nümayəndələrinin əsas problemlərindən biri mənzillərinin olmamasıdır. Respondentlərin 76,2% - i mənzil şəraitinin onları qane etmədiyini deyib. Sorğu zamanı məlum olub ki, respondentlərin 70,2% - i indiyədək kredit imkanlarından istifadə edə bilməyib. Sorğu iştirakçıları xüsusi qeyd yerində maraqlı faktlar da göstəriblər. Məsələn, kimliyini gizlətməyən bir jurnalist baş redaktor tərəfindən işçilərin qonorar və əmək haqlarının bir hissəsinin mənimsənildiyini yazıb. Sorğuda iştirak edən jurnalistlər son on ildə dövlət büdcəsinin dəfələrlə artmasına baxmayaraq, qonorarlarının artmadığından gileyləniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR