Bank Of Baku

QDİƏT ölkələri arasında teleradio sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

QDİƏT ölkələri arasında teleradio sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
# 02 iyul 2008 08:45 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv 12 dövlətin iştirakı ilə keçirilən forumda televiziya və radio sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib. İclasa Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. MTRŞ-dən APA-ya verilən məlumata görə, forumda birgə bəyannamə qəbul olunub və növbəti forumun da Türkiyədə keçirilməsi qərara alınıb.
Qeyd edək ki, forumun keçirilməsi təşəbbüsü ilə Türkiyə Radio Televiziya Üst Qurumunun sədri Zahid Akman çıxış edib. Forumun məqsədi Qara Dəniz regionu ölkələri arasında teleradio yayımı sahəsində dialoq, əməkdaşlıq, informasiya mübadiləsi və mövcud təcrübənin bölüşdürülməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR