Əflatun Amaşov: “Həbsdə olan jurnalistlərin əfvi ilə bağlı müraciət yaxın günlərdə prezidentə ünvanlanacaq”
- Mətbuat Şurası yaranan gündən sonra Mətbuat Günü ilə bağlı hər il qəbullar təşkil olunub. Bu il də belə olacaq. İyulun 21-də keçiriləcək qəbula KİV nümayəndələri, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri və digər şəxslər dəvət olunacaqlar. Bundan başqa, müxtəlif media təşkilatlarının Mətbuat Günü ilə bağlı təsis etdikləri “Media açarı” mükafatı da öz qaliblərinə təqdim olunacaq.
- Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının Mətbuat Günü ərəfəsində qəbulu gözləniləndirmi?
- Bununla bağlı gözləntilər var. Mən sənədin bu ərəfədə qəbul oluna biləcəyini gözləyirəm. Konsepsiya Azərbaycan mətbuatının inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi üçün ciddi bir sənəd olacaq.
- Azərbaycan Jurnalistlərinin V Qurultayında həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı prezidentə müraciət etdiniz. Mətbuat Günü ərəfəsində növbəti dəfə belə bir müraciət edə bilərsiniz?
- Həbsdə olan jurnalistlərin məsələsi daim Mətbuat Şurasının diqqətindədir. Mətbuat Şurasının məramı ondan ibarətdir ki, Azərbaycanda heç bir jurnalist həbsdə olmasın. Biz həbsdəki həmkarlarımızın azadlığa çıxmaları üçün əlimizdən gələni edirik. Qurultayda onların əfvi ilə bağlı Azərbaycan prezidentinə müraciət olundu. Biz yaxın günlərdə həmin müraciəti Azərbaycan prezidentinə ünvanlayacağıq. Mətbuat Şurası İdarə Heyətinin ilk iclasında müraciətin mətni təsdiq olunacaq.
- Mətbuat Şurasına indiyə kimi olan üzvlük haqqı borclarının bağışlanması barədə qərar qəbul etdiniz. Bundan sonra üzvlük haqları ilə bağlı məsələ ciddi şəkildə tənzimlənəcəkmi?
- Üzvlük haqlarını ödəməyən mətbuat orqanları vardı. Biz 2008-ci ilə qədər olan borcları bağışladıq. Borcu olanlardan xahiş edirik ki, bu il üçün olan üzvlük haqlarını ödəsinlər. Mənə elə gəlir ki, üzvlük haqları ödənə bilər. Mətbuat Şurasına üzvlük haqqının məbləği o qədər də böyük deyil. İl ərzində gündəlik qəzetlər, agentliklər, jurnalist təşkilatları üçün olan üzvlük haqları 150 manatdır. Həftəlik qəzetlər üçün isə bu məbləğ daha azdır, 100 manat. Mənə elə gəlir ki, üzvlük haqları ödənə bilər və eyni zamanda bu, kütləvi informasiya vasitələrini Mətbuat Şurası ilə faktiki olaraq bağlayan yeganə əlaqədir. Biz bundan sonra üzvlük haqlarının ödənməsini ciddi şəkildə tənzimləyəcəyik.
- Mətbuat Şurasının müvafiq komissiyalarının bundan sonrakı fəaliyyəti necə qurulacaq?
- Biz Mətbuat Şurasının komissiyalarının fəaliyyətini gücləndirəcəyik. Məsələn, iqtisadi məsələlər üzrə komissiya Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı ciddi işləyəcək. Azərbaycanda rəsmi reklamların KİV-də yerləşdirilməsi üçün ciddi işlər görülür. Bu da komissiyanın işinin gücləndirilməsini tələb edir. Biz Azərbaycanda elə bir mühit qurmaq istəyirik ki, jurnalistlər məhkəməyə verilməsin, mətbuatla bağlı bütün problemlər Mətbuat Şurasında öz həllini tapsın, elə bir mexanizm olsun ki, mətbuatdan şikayətçi olanlar öncə bizə müraciət etsinlər və məsələ şurada öz həlini tapsın. Nə jurnalistlər həbs olunsun, nə qəzetlər cərimələnsin. Bu yöndə işlək mexanizm hazırlamaq üçün Mətbuat Şurasının hüquq komissiyası da ciddi işləməlidir. Biz bu komissiyanın da işini gücləndirəcəyik. Biz Azərbaycan mətbuatında hələ də tüğyan edən “reket jurnalistikası” ilə bağlı yeni komissiya yaratmağı planlaşdırırıq. Komissiya sırf “reket mətbuatı” ilə mübarizə aparacaq. Qurultay ərəfəsində gündəmə gələn təklifi reallaşdırmağı şuranın gender komissiyasının yaradılmasını da nəzərdə tuturuq. Həmin komissiya jurnalistikada olan gender problemlərini araşdıracaq, həlli yolları istiqamətində çalışacaq. Bundan başqa, şuranın rəsmi qurumlarla hakimiyyət arasında problemlərin həlli üzrə komissiyası da mövcuddur. Onun sədri İbrahim Məmmədli dünyasını dəyişəndən sonra komissiyanın fəaliyyəti zəiflədi. Bu qurumun da fəaliyyətini gücləndirmək üçün əməli addımlar atacağıq. Biz çalışacağıq ki, mətbuatın bütün sahələri komissiyaların fəaliyyətində öz əksini tapsın.
- Komissiyaların formalaşdırılması prosesi İdarə Heyətinin ilk iclasında baş verəcək?
- Çox güman ki. Çalışacağıq ki, belə olsun. Hər halda yaxın zamanlarda bunu həyata keçirmək istəyirik. Çalışırıq ki, komissiyaların hər biri öz sahələrində problemləri öyrənsin, görüləcək işləri müəyyənləşdirsin, planlar təsdiq edilsin. Bunun əsasında fəaliyyətimizi quracağıq. Mətbuat Şurası bu il üç istiqamətdə fəaliyyətini gücləndirəcək. Birinci istiqamət mətbuatın maddi durumunun yaxşılaşmasından ibarətdir. Bu, Mətbuata Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı olacaq, sənəddə nəzərdə tutulan məsələlərin həyata keçirilməsini nəzərdə tutur. İkinci istiqamət jurnalistin informasiya alması, onun ictimaiyyətə çatdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir. Bununla bağlı elə bir mexanizm hazırlamaq lazımdır ki, qeyd etdiyim kimi, mətbuatla bağlı olan bütün şikayətlər şuraya daxil olsun və araşdırılsın. Həbsdə olan jurnalistlərin azadlığa çıxması ilə bağlı məsələ də bu istiqamətə aiddir. Üçüncü istiqamət isə jurnalistlərin sosial problemlərinin araşdırılması və həlli ilə əlaqədardır. Biz bununla bağlı da komissiya yaradacağıq. Komissiya sosial problemləri araşdıracaq, həlli üçün planlar hazırlayacaq və həmin planlar həyata keçiriləcək.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb