Mətbuat Şurası 6 aylıq monitorinqini açıqlayıb
Monitorinq materialların mövzu dairəsi, informasiyanın alınma mənbələri və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulma hallarının təsnifatı üzrə aparılıb. Yanvar-iyun aylarında bir çox hadisələr monitorinqi aparılan KİV-lərin mövzu dairəsinə təsir göstərib. Bu materiallar arasında KİV-lə bağlı xəbərlər xüsusilə fərqlənib. Sosial, siyasi, iqtisadi, idman, təhsil, şou-biznes və hərbi sahəyə dair materialların da say göstəricisindəki meyli də konkret hadisələr şərtləndirib. Sosial və iqtisadi həyatla bağlı yazılar əsasən qlobal bahalaşma təhlükəsinin ölkəmizin iqtisadiyyatına, əhalinin gündəlik yaşam tərzinə təsirini, mövcud durumun perspektivlərini müəyyənləşdirmək məqsədi daşıyıb. İyunda təhsil sahəsində materialların çoxluğu əvvəlki aylara nisbətdə seçilib.
Şou-biznesə həsr olunmuş yazıların artım dinamikasını şərtləndirən hadisə “Eurovision 2008” mahnı müsabiqəsi və orada ölkəmizin təmsilçiliyi olub. İyunda hərbi sahəyə dair materialların artımı əvvəlki aylardan qabarıq şəkildə fərqlənir. Bu, Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi, həmçinin bayram münasibətilə “Azadlıq” meydanındakı hərbi paradla əlaqədardır. Maraqlıdır ki, yanvardan iyuna qədər hər ayda hərbi materialların say göstəricisi 1600-ə çatmadığı halda iyunda bu rəqəm 5430 olub.
Ümumiyyətlə, 2008-ci ilin ilk altı ayında monitorinqi aparılan KİV-lərdə dərc edilən materialların ümumi sayı 293890-dır.
Monitorinq müddətində ən çox material sosial sahəni əhatə edib (38811).
Yanvar-iyun aylarında monitorinqi aparılan KİV-lərdə 293890 material dərc olunub ki, bunun da 160672-i xəbərdir. Bu xəbərlərin də böyük hissəsi yerli informasiya agentliklərinin məhsuludur. Bu da nəşrlərin fərdi xəbər əldə etmək potensialının aşağı səviyyəsinin bariz nümunəsidir. Monitorinq göstərib ki, bunun səbəblərindən biri əlaqədar informasiya daşıyıcılarının KİV-ə məlumat verməkdə maraqlı olmamasıdır. Bir sıra yazılarda da onların mediaya məlumat verməklə bağlı vəzifə borclarına etinasız yanaşdıqları qeyd olunub ki, bu, mövcud vəziyyətin mənfi tendensiyaya çevrildiyini söyləməyə əsas verir. Ümumən materiallarından daha çox istifadə edilən agentlik APA-dır. Qəzetlər bir-birilərinin materiallarından istifadəyə az maraq göstəriblər. Belə hallarda bir qayda olaraq materiala şərh, yaxud yeni, əsasən də əks fikirlər əlavə olunub. Birbaşa nəşrlərdən hasil olunan xəbərlərə gəldikdə isə burada liderlik “525-ci qəzet”ə, “Ekspress” və “Şərq” qəzetlərinə məxsusdur. Xəbər dərcinə görə “İki sahil”, “Olaylar”, “Yeni Müsavat”, “Xalq cəbhəsi” və “Bakı xəbər” qəzetləri fərqlənirlər.
Yanvar-iyun aylarında dövlət qurumları və özünü idarəetmə orqanlarının məlumatları qəzet səhifələrinə 40517 dəfə yerləşdirilib.
KİV-lərin 6 ayda ictimai təşkilatlar və QHT-lərdən əldə etdikləri informasiyaların sayı 28596 olub.
Beynəlxalq xəbər agentlikləri və saytlardan əldə edilən məlumatların sayı 19760 olub.
Mənbənin göstərilməməsi, gizli mənbəyə istinad ümumən ölkə mətbuatı üçün xarakterik olub. Amma monitorinqi aparılan qəzetlərdə bu üsuldan bəhrələnmə faizi o qədər də yüksək deyil. Monitorinq dövründə bu praktikaya ən çox aprel ayında rast gəlib. Bu ay ərzində 135 belə fakt qeydə alınıb. Ən aşağı göstərici isə martda qeydə alınıb 72. Monitorinqi aparılan qəzetlərdən “Reytinq” gizli mənbəyə istinad praktikası ilə digərlərindən seçilib.
Qəzetlərin siyasi yönümlü, xüsusən də tənqidi materialları qələmə alma dəst-xəttində peşə prinsiplərinə sayğısızlıq elementləri duyulub.
Jurnalistlərin Peşə Davranış Qaydalarının 4 prinsipi üzrə ümumilikdə 1887 pozuntu halı qeydə alınıb. Xüsusilə “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı I prinsipinin 1.2 (“jurnalist yazıda tənqid obyektinin fikrini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, çox qısa vaxtda fikirlərini çatdırmağa ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”) bəndi digərlərinə nisbətən daha çox pozulub 624 dəfə. Ümumiyyətlə, son iki ayda peşə prinsiplərinin pozulması faktlarında artım müşahidə olunmaqdadır.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb