Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib
# 11 iyul 2008 10:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, iclasda ilk olaraq şura sədrinin müavinlərinin seçilməsi məsələsinə baxılıb. Umud Rəhimoğlu və Müşfiq Ələsgərli Mətbuat Şurası sədrinin müavinləri seçilib. Daha sonra Mətbuat Şurası komissiyalarının formalaşdırılması prosesi həyata keçirilib və bu qurumların rəhbərləri müəyyənləşib. Mehman Əliyev iqtisadiyyat, Kamal Abdulla təhsil, Bəxtiyar Sadıqov dil, Müşfiq Ələsgərli sosial, Umud Rəhimoğlu regional, Vüqar Səfərli daimi məsələlər üzrə komissiyaların sədri seçilib. İclasda eyni zamanda Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının tərkibi də müəyyənləşib. Komissiyada Umud Rəhimoğu, Bəxtiyar Sadıqov, Vüsalə Mahirqızı, Tapdıq Abbas, Cəmil Həsənli, Hacı Sabir Həsənli, Kamal Abdullanın fəaliyyət göstərməsi qərara alınıb. İclasda qeyd olunub ki, Mətbuat Şurasının Azərbaycan Jurnalistlərinin V Qurultayında formalaşdırılan Nəzarət Təftiş Komissiyasının iclası keçirilib və qurumun üzvü Mübariz Zeynallı komissiya sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR