Bank Of Baku

“Media açarı” mükafatının təqdimat mərasimi iyulun 22-də keçiriləcək

“Media açarı” mükafatının təqdimat mərasimi iyulun 22-də keçiriləcək
# 11 iyul 2008 10:59 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda Milli Mətbuat Günü münasibəti ilə hər il keçirilən “Media açarı” mükafatının təqdimat mərasimi iyulun 22-də baş tutacaq. Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli APA-ya bildirib ki, müsabiqə üzrə sənəd qəbulu prosesi yekunlaşıb. Onun sözlərinə görə, təqdim edilən materialları qiymətləndirmək üçün münsiflər heyəti müəyyənləşib, qiymətləndirilmə gələn həftə başa çatacaq. Liqa sədri onlara beş nominasiya üzrə 40-a yaxın müraciətin daxil olduğunu deyib. Y. Məmmədli bildirib ki, birinci yerin sahibinə “Media açarı”, diplom və 300 manat pul mükafatı, ikinci yerin sahibinə diplom və 200 manat pul mükafatı, üçüncü yerin sahibinə diplom və 100 manat pul mükafatı təqdim olunacaq. Hər il olduğu kimi bu il də “Media açarı”nın təqdimat mərasiminə “Azərsell Telekom” MMC şirkəti sponsorluq edəcək. Qeyd edək ki, tədbirin təşkilatçıları “Yeni Nəsil” Jurnalistlər Birliyi, Demokratik Jurnalistlər Liqası, “Ruh” Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsidir. Bu il “Media açarı” mükafatının təqdimat mərasimi 11-ci dəfə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR