Bank Of Baku

Dünya Bankının Azərbaycan üzrə meneceri qadın jurnalistlərlə görüşüb

Dünya Bankının Azərbaycan üzrə meneceri qadın jurnalistlərlə görüşüb
# 15 iyul 2008 08:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Vedryeyçak Azərbaycan Qadın Jurnalistlər Birliyinin üzvləri ilə görüşüb. Birlikdən APA-ya verilən məlumata görə, birliyin sədri Sevinc Osmanqızı təşkilatın Azərbaycanda etik jurnalistika, mətbuat azadlığı və qadınların cəmiyyətə inteqrasiyası sahəsində gördüyü işlərdən danışıb. Qadın jurnalistlərin suallarını cavablandıran Q. Vedryeyçak isə son bir il ərzində Dünya Bankının Azərbaycandakı proqramlarının həcminin əhəmiyyətli dərəcədə artdığını deyib. O, ölkədə davamlı inkişafa təsir baxımından infrastruktur proqramlarının xüsusi əhəmiyyət daşıdığını bildirib: “Ölkədə mükəmməl siyasi sistem və qanunvericilik olsa belə, yollar yaxşı vəziyyətdə deyilsə, sərmayədarlar heç vaxt ölkəyə gəlməyəcəklər. Azərbaycan keçmiş sovet ölkələri arasında infrastrukturun ən bərbad vəziyyətdə olduğu ölkədir. Biz dar yolun genişləndirilməsini deyil, yeni yolların salınmasını nəzərdə tuturuq”. Ölkəyə külli miqdarda neft gəlirlərinin daxil olduğu bir vaxtda Azərbaycanın xarici borca girməsinin nə dərəcədə məqsədəuyğun olduğu haqda sualı cavablandıran qonaq təbii sərvətlərin rolunu şişirtməməyə çağırıb: “Gəlin, tarixə müraciət edək. Əgər təbii sərvətlər hər şeyi həll etsəydi, indi varlı olan dövlətlər yoxsul, yoxsul olan dövlətlər isə varlı olardı. Amma belə deyil. Yaxşı cəmiyyət və dövləti formalaşdıran əsas amil heç də külli miqdarda gəlir deyil”. Dünya Bankının rəsmisi həyata keçirdikləri layihələrdə korrupsiyaya qarşı tam dözümsüzlük olduğunu vurğulayıb: “Hər hansı siqnal daxil olduqda biz araşdırma aparırıq. Xoşbəxtlikdən Azərbaycanda hələ heç bir layihəmiz dayandırılmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR