Bank Of Baku

“Chicago Tribune” və “The Los Angeles Times” qəzetlərinin baş redaktorları işdən azad olunub

“Chicago Tribune” və “The Los Angeles Times” qəzetlərinin baş redaktorları işdən azad olunub
# 15 iyul 2008 09:32 (UTC +04:00)
Çikaqo. Los-Anceles-APA. “Tribune Co” şirkətində aparılan ixtisarlar nəticəsində “Chicago Tribune” qəzetinin baş redaktoru Enn-Mari Lipinski və “The Los Angeles Times” qəzetinin naşiri Devid Xiller istefaya göndərilib. APA-nın məlumatına görə, hazırda şirkət nəşrlərin rentabelliyinin aşağı düşməsinin qarşısını artırmaq məqsədilə irimiqyaslı islahatlara başlayıb. “Tribune Co” rəhbərliyi təkcə “The Los Angeles Times”da 250 nəfəri ixtisar etmək niyyətindədir. Nəşrlərin gəlirlərinin azalması reklam sahələrinin satışındakı azalmalarla əsaslandırılır. Bundan başqa qəzetlərin gündəlik tirajının 15 faiz azaldılacağı gözlənilir. Bir həftə əvvəl isə şirkət “Chicago Tribune” qəzetinin 80 əməkdaşının ixtisar ediləcəyini açıqlamışdı. Hələlik hər iki nəşrə kimin rəhbərlik edəcəyi dəqiqləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR