Bank Of Baku

Zaqataladakı “Aygün” TV fəaliyyətini dayandırıb

Zaqataladakı “Aygün” TV fəaliyyətini dayandırıb
# 15 iyul 2008 09:34 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda fəaliyyət göstərən “Aygün” televiziyası fəaliyyətini dayandırıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, artıq üç gündür ki, yerli televiziya fəaliyyət göstərmir. Bəzi mənbələrdən APA-nın yerli bürosuna daxil olan məlumata görə, televiziyanın fəaliyyətinin dayanmasına səbəb şirkətin rayon Paylayıcı Elektrik Şəbəkəsinə (PEŞ) küllü miqdarda enerji borcunun olmasıdır. Bunu Zaqatala PEŞ-in rəisi Yaqub Məmmədov da təsdiqləyib və şirkətə verilən elektrik enerjisinin kəsildiyini bildirib. Lakin “Aygün” TV-nin icraçı direktoru Tahirə Ramazanova APA-nın yerli bürosuna açıqlamasında televiziyanın efirə buraxılmasında yaranmış olan məhdudiyyətin texniki problemlərlə bağlı olduğunu bildirib. O, bir neçə günə yaranmış texniki problemlərin aradan qaldırılacağını, efirin bərpa ediləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR