Bank Of Baku

Sərkan Oral: “Haber 6 Azərbaycanda tərəfdaş kimi APA-nı seçib”

Sərkan Oral: “Haber 6 Azərbaycanda tərəfdaş kimi APA-nı seçib”
# 15 iyul 2008 09:51 (UTC +04:00)
Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında kanalın icraçı direktoru Serkan Oral deyib. O, Azərbaycana xarici ölkə kimi baxmadıqlarını, buranı Vətən kimi gördüklərini deyib: “Biz indi Türkiyədən dünyaya baxa bilən kanal qurmaq üçün çalışırıq. Türkcə, ingiliscə, ərəbcə və rusca yayınlarımız olacaq. Kanalımızda hər gün yarım saat Azərbaycan dilində də xəbər bülletenimiz olacaq. “BBC World” İngiltərədən dünyaya necə baxırsa, biz də Türkiyədən dünyaya baxan bir nöqtə olmaq fikrindəyik. Məqsədimiz təkcə klassik mənada xəbər yayını deyil, həm də gündəm yaratmaq fikrindəyik. Kanala ciddi və tanınmış kadrlar toplanıb. Onların hər biri bir neçə dil bilir. Əvvəlcə peyklə yayına çıxırıq, daha sonra Digitürk, D-Smart və kabel yayınında olacağıq”. S. Oral deyib ki, kanalın iş istiqamətini və prinsiplərini İrfan Ülkü müəyyənləşdirəcək: “İrfan bəy türk dünyasını yaxından tanıyır, onun Azərbaycana olan sevgisi də ürəkdəndir”. İcraçı direktor Azərbaycandakı media qurumları ilə əməkdaşlıq edəcəklərini və artıq tərəfdaşlarını seçdiklərini də deyib: “ Biz Azərbaycanda APA agentliyi ilə əməkdaşlıq etmək istəyindəyik. Çünki bu agentliyin ölkədəki nüfuzu və gücü ortadadır. Bu agentliklə əməkdaşlıqdan məmnun olacağıq. O biri media qurumlarını da kənarda qoymaq istəmirik, qapımız hamısına açıq olacaq”™.
Qeyd edək ki, S. Oral indiyə qədər ”˜Sabah”™ qəzeti, TRT, Star TV, Show TV, Kanal D və Haber 24 kanallarında işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR