Bank Of Baku

Azərbaycanda yeni media təşkilatı yaranıb

Azərbaycanda yeni media təşkilatı yaranıb
# 15 iyul 2008 15:42 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda yeni media təşkilatı yaranıb. APA-nın məlumatına görə, Mətbuat və İctimaiyyətlə Əlaqələr İctimai Birliyi təsis edilib. Qurumun sədri İsgəndər Sərdarlı seçilib. Qurumun sədri deyib ki, birlik ölkəmizdə media sahəsində gündən-günə artan tələbatı ödəmək üçün yaranıb. İ. Sərdarlının sözlərinə görə, onlar maarifləndirmə işi aparacaq, jurnalistlərin peşə fəaliyyətlərinin düzgün qurulmasına yardımçı olacaq, paytaxtda və bölgələrdə seminar-məşğələlər keçirəcəklər.
İ. Sərdarlı birliyin eyni zamanda ictimaiyyətlə əlaqə formalarının təkmilləşməsinə yönələn təkliflər paketi hazırlayacağını diqqətə çatdırıb.
İ. Sərdarlı deyib ki, qurum monitorinqlər də aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR