Bank Of Baku

Əflatun Amaşov TRT təmsilçisi ilə görüşüb

Əflatun Amaşov TRT təmsilçisi ilə görüşüb
# 15 iyul 2008 15:50 (UTC +04:00)
Bakı APA. Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov TRT-nin İstanbul televiziyasının müdir müavini Hüseyn Başustanı qəbul edib. Mətbuat Şurasından APA-ya bildiriblər ki, Ə. Amaşov qonağa şuranın media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsində gördüyü işlər barədə məlumat verib. O, ölkələrin bir-birinə yaxınlaşmasında media qurumlarının üzərinə düşən vəzifələrdən söhbət açıb və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirdiklərini vurğulayıb: “2006-cı ildə və bu ilin aprelində Türkiyə və Azərbaycanın media təmsilçilərinin iştirakı ilə geniş konfrans təşkil etdik. Bundan başqa, mütəmadi olaraq jurnalistlərimizin Türkiyəyə səfərləri də reallaşdırılır. Düşünürəm ki, bu tədbirlər təcrübə mübadiləsi baxımından son dərəcə əhəmiyyətlidir”. H. Başusta da qarşılıqlı münasibətlərin dərinləşməsində, xalqların bir-birini daha yaxından tanımasında medianın önəmli rol oynadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR